Bakıda faciəli şəkildə ölən bacılar vəzifəli şəxsin övladları imiş

09:52 - 21 İyul 2022

Bakıda faciəli şəkildə ölən bacılar vəzifəli şəxsin övladları imiş

Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.

 

Manset.az xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az