Azərbaycanda kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

08:53 - 22 İyul 2022

Azərbaycanda kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

İlkin ödəniş faizi və kredit dərəcəsi aşağı salınacaq. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaq üçün yeni təkliflər hazırlanır.

 

Manset.az xəbər verir ki, təkliflərə əsasən artıq yeni elektrik mühərrikli və hibrid avtomobilləri kreditlə almaq üçün şərtlərin sadələşdirilməsi nəzərdə tutulur.

Mövcud qaydalara əsasən yeni avtomobil alan zaman mütləq ilkin ödəniş 40 faiz təşkil edir. Yeni təkliflərdə bu faizin aşağı salınması nəzərdə tutulur.

Kreditin illik faiz dərcəsinin isə 10%-ə endirilməsi gündəmdədir. Ekspert Eldəniz Cəfərov "Xəzər Xəbər"ə deyib ki, bu təkliflər qəbul edilərsə, belə avtomobilərə maraq artacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az