Bakıda sahibi tapılmayan ərazi: Məhv olan yaşıllığa kim cavabdehdir? - VİDEO

16:09 - 26 İyul 2022

Bakıda sahibi tapılmayan ərazi: Məhv olan yaşıllığa kim cavabdehdir? - VİDEO

Paytaxtın Sulutəpə dairəsi adlanan ərazidə yaşıllıq məhv olur.

 

Manset.az xəbər verir ki, bir neçə il əvvəl bura şam ağaclarından ibarət yaşıllıq zonası olsa da, artıq həmin ərazidən əsər-əlamət qalmayıb. Ağacların yarısından çoxu quruyub və aşıb.

Sakinlər bildiriblər ki, ərazi Binəqədi Rayon İcra Hakimiyyətinin tabeliyindədir.

Qurum həmin yerin Abşeron rayonuna aid olduğunu bildirib. Abşeron RİH-dən isə əraziyə cavabdeh olmadıqları deyilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən cavab da fərqli olmayıb. Onlar da məsələyə münasibət bildirməkdən boyun qaçırıblar.

Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də mövqeyi əvvəlkilərdən fərqli olmayıb. Ağacların qurumasının nazirliyə heç bir aidiyyəti olmadığı deyilib.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az