Bakıda fəhlənin ölümü ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

10:05 - 29 İyul 2022

Bakıda fəhlənin ölümü ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

"Metak" şirkətinin əməkdaşı hündürlükdən yıxılması nəticəsində ölüb.

 

Bu barədə Manset.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 18-i saat 22 radələrində rayonun Böyükşor qəsəbəsi ərazisində yerləşən "Metak" MMC-də qaynaqçı işləyən, 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə istintaq davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az