Sinqapurdan olan fotoqraf və keçmiş model Chuando Tan illərdir ki, gənc görünüşü ilə dünya miqyasında böyük maraq görməyə davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada "heç yaşlanmayan adam" kimi ləqəblərlə tanınan Tan 60 yaşına girməsinə baxmayaraq, görünüşü ilə bir çox insanı təəccübləndirməyə davam edir.
Chuando Tanın beynəlxalq şöhrəti, xüsusilə, 2017-ci ildə paylaşdığı fotoşəkillərin sosial mediada viral olmasından sonra başlayıb.
Tanın fotoşəkillərini görən bir çox insan onun yaşına inanmaqda çətinlik çəkir. Gənc görkəmi və fit bədəni sayəsində qısa müddətdə sosial mediada böyük bir izləyici kütləsi qazanan Tan "Instagram"da 2 milyondan çox izləyiciyə çatıb.