Mal-qaranı oğurlayıb qayınanasının evində gizlətdi

16:27 - 01 Avqust 2022

Mal-qaranı oğurlayıb qayınanasının evində gizlətdi

Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyul ayı ərzində rayonun Kərəmli kəndindən vətəndaşlara məxsus iribuynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən rayonun Hacıməlik qəsəbə sakini Ramin Yusibov saxlanılıb.

Belə ki, o, vətəndaşa məxsus, ümumi dəyəri 10 000 manat olan altı baş iribuynuzlu mal-qaranı kənd ərazisindəki otlaq sahədən oğurlayaraq Gəncə şəhərində yaşayan qayınanasının evində gizlədib.

Bundan başqa, saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət əməli aşkar olunub. Belə ki, R.Yusibov Kərəmli kəndindəki otlaq sahədən daha bir vətəndaşa məxsus, ümumi dəyəri 2 000 manat olan iki baş iribuynuzlu mal-qaranı oğurlayaraq satıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib, faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az