Baş Prokurorluğun xəbərdarlığından şər və böhtan yazan “jurnalistlər” ciddi nəticə çıxartmalıdı - Azay Quliyev

17:30 - 01 Avqust 2022

Baş Prokurorluğun xəbərdarlığından şər və böhtan  yazan “jurnalistlər” ciddi nəticə çıxartmalıdı  - Azay Quliyev

Azərbaycan dövləti mümkün olan bütün mexanizmlərdən istifadə edir ki, medianın obyektiv və qərəzsiz fəaliyyətini dəstəkləsin, ölkədə söz və ifadə azadlığının təmin olunması imkanlarını daha da genişləndirsin. Bunun üçün ölkədə həm qanunvericilik bazası, həm də maddi-texniki dəstək alətləri kifayət qədərdir. Lakin, təəssüflər olsun ki, dövlətin xoş niyyətini düzgün qiymətləndirməyən və jurnalistin yüksək adına və peşə etikasına xələl gətirən “jurnalistlər”  hələ də iş başındadır.  Bu tip “jurnalistlər” və “xəbər saytları”  şəbəkə şəklində birləşərək milli  maraqlarımızı zədələyən,  tanınmış şəxslərə, ictimai və dövlət adamlarına qarşı məqsədyönlü şəkildə daxildən və xaricdən təşkil olunan qərəzli, həqiqəti əks etdirməyən yazıları bir-birilərinə ötürür, qarayaxma kampaniyasını genişləndirməyə çalışırlar.


Əfsuslar olsun ki, bu cür qanuna zidd fəaliyyət son zamanlar daha geniş vüsət alıb. Bu cür saytlar tərəfindən  “Media haqqında” Qanunun 14-cü maddəsinin bütün tələbləri kobud şəkildə pozulur,  şəxsi maraqlar və kənar sifarişlər əsasında  qərəzli, böhtan, yalan və şər xarakterli yazılar yazılır və sosial şəbəkələrdə təbliğ olunur. Belə çirkin kapmaniyanın hədəfinə tuş gələnlər  bir çox hallarda  bu “yazılara” əhəmiyyət verməməyə üstünlük versə də, ancaq, görünür vəziyyət o qədər acınacaqlıdır ki, artıq, Baş Prtokurorluq məsələyə müdaxilə etməyi lazım bilib və “Media haqqında” Qanunun  14-cü maddəsinin tələblərini pozanlara rəsmi xəbərdarlıq edib.


Mən “Media haqqında” Qanunun müdafiəsi istiqamətində atdığı addımlara görə Baş Prokuroluğa təşəkkür edir və verilən  xəbərdarlığı tam dəstəkləyirəm.  Hesab edirəm ki, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qərəzli və  böhtan xarakterli yazılar yazan  “jurnalsitlər”  bu xəbərdarlıqdan  ciddi nəticə çıxartmalıdır. Bu, xəbərdarlıq həm də ona görə vacibdir ki, hamı bir daha anlasın ki, dövlət hər bir vətəndaşının hüquq və azadlığını qorumaqda qərarlıdır və medianın çirkin niyyətlərə və cılız maraqlara alət olunması yolverilməzdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az