TƏBİB sədri 2 yeni Baş həkim təyin etdi - FOTO

10:53 - 02 Avqust 2022

TƏBİB sədri 2 yeni Baş həkim təyin etdi - FOTO

Azərbaycanın iki rayonuna yeni baş həkim təyin olunub.

 

Manset.az Lent.az-a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məcid Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsindən azad edilib.

TƏBİB sədrinin digər əmri ilə o, Şəki RMX-nın direktoru təyin edilib.

Zaqatala RMX-nın direktoru postuna isə Tamara Nurəliyeva təyinat alıb.

Tamara Nurəliyeva buna qədər Zaqatala MRX-nın drektor müavini vəzifəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az