Məktəbəhazırlıq qruplarına qəbul tarixi AÇIQLANDI

11:44 - 02 Avqust 2022

Məktəbəhazırlıq qruplarına qəbul tarixi AÇIQLANDI

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək. 

 

Bu barədə Manset.az-a Təhsil Nazirliyindən məlumat verilib. 

Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi sentyabrın 14-ü yekunlaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az