Azərbaycanda yararsız mal əti satanlar saxlanıldı - FOTO/VİDEO

15:51 - 02 Avqust 2022

Azərbaycanda yararsız mal əti satanlar saxlanıldı - FOTO/VİDEO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yararsız mal ətinin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər müəyyən olunub.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Qabil Budaqovun idarə etdiyi avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun sərnişini Əbülfət Nəbiyevə məxsus yararsız mal əti aşkar edilərək götürülüb.

Aşkarlanmış yararsız ətin müayinəsi üçün aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları şöbəyə dəvət olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az