Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri İŞDƏN ÇIXARILDI

19:36 - 04 Avqust 2022

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri İŞDƏN ÇIXARILDI

Dövlət Gömrük Komitəsinin yüksək vəzifə tutan iki əməkdaşı vəzifədən kənarlaşdırılıb.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Azərterminalkompleks” Birliyi direktorunun birinci müavini Tarquliyev Zeynal Qulu oğlu, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin rəisi Həsənov Elmir Akif oğlu və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin rəisi Rəfail Niftəliyev işdən çıxarılıblar.

Onlar Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırovun əmrləri ilə barələrində DTX-da müvafiq cinayət iş üzrə araşdırma aprılması ilə əlaqədar tutduqları vəzifələrindən müvəqqəti kənarlaşdırılıblar.

Qeyd edək ki, Tarquliyev Zeynal DGK-nın sabiq sədri Səfər Mehdiyevin qaynıdır. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az