Bakı-Ələt-Qazax magistralında baş verən qəzada xəsarət alan şəxsin vəziyyəti ağırdır – YENİLƏNİB

12:09 - 07 Avqust 2022

Bakı-Ələt-Qazax magistralında baş verən qəzada xəsarət alan şəxsin vəziyyəti ağırdır – YENİLƏNİB

Bakı-Ələt-Qazax magistralında baş verən ağır yol qəzası nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Elvin Mürşüdov təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Manset.az xəbər verir ki, bu barədə “Report”a KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

Onun sözlərinə görə, xəsərət alan şəxsin vəziyyəti çox ağırdır: “Elvin Mürşüdov ağır kəllə-beyin travması diaqnozu ilə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kəskin ağırdır, əməliyyata götürülmə ehtimalı yüksəkdir”.

***

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bu barədə Manset.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az