ABŞ-də 13 yaşlı bir uşaq anasını boğmağa çalışan atasına müdaxilə edərək onu döyüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ağır yaralanan ata ailə daxilində zorakılıq ittihamı ilə həbs olunub və cəzaçəkmə müəssisəsinə göndərilib.
Polis və yerli mətbuatda yayılan məlumatlara görə, hadisə çərşənbə axşamı günü Alabama ştatının Foley şəhərində baş verib. İddialara görə, Daniel Hernandez-Lopez adlı şəxs evdə baş verən mübahisə zamanı həyat yoldaşını boğmağa çalışıb.
Bu vəziyyəti fərq edən 13 yaşlı uşaq anasını qorumaq üçün atasına müdaxilə edib. Polis atanı mübahisə zamanı evin xaricinə çıxan oğluna velosipedlə hücum etməyə çalışmaqda ittiham edib.