Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda qeydə alınan doğum və ölüm sayı açıqlanıb.
Manset.az xəbər verir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 61234 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3-dən 12,3-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,7 faiz, qızların xüsusi çəkisi isə 47,3 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1726, üçəm doğulanların sayı isə 87 nəfər olub.