Moskva sakinlərinə XƏBƏRDARLIQ EDİLDİ

19:09 - 12 Avqust 2022

Moskva sakinlərinə XƏBƏRDARLIQ EDİLDİ

Rusiyanın paytaxtı Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi yenidən qüvvəyə minəcək.

Manset.az xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi xəbər verib.

Meteorologiya qurumunun avqustun 13-ü saat 12:00-dan avqustun 15-i saat 12:00-dək qüvvədə olan xəbərdarlığında deyilir:

“Bəzi yerlərdə kəskin isti, gündüz 30-32 dərəcə isti olacaq”.

Sonuncu dəfə avqustun 3-dən 7-dək Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi qüvvədə olub. Moskvanın hava bürosundan bildirilib ki, bu yayın və bütün 2022-ci ilin ən isti günü hələ də iyulun 11-i olaraq qalır - həmin vaxt 32,8 dərəcə temperatur qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az