Bakıda neft məhsulu ilə çirklənən çimərliyə nazirlik əməkdaşları cəlb olundular - YENİLƏNDİ (AÇIQLAMA + VİDEO)

17:30 - 13 Avqust 2022

Bakıda neft məhsulu ilə çirklənən çimərliyə nazirlik əməkdaşları cəlb olundular - YENİLƏNDİ (AÇIQLAMA + VİDEO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Buzovnada neft məhsulu ilə çirklənmiş dəniz sahilinə baxış keçiriblər.

 

Bu barədə qurumdan Manset.az-ın sorğusuna verilən cavabda deyilir.

Qeyd olunur ki, nazirlik əməkdaşları laboratoriya analizi üçün dənizin suyundan örnəklər götürüblər. 

“Laboratoriya nəticələri vasitəsilə ən qısa zamanda problemin nədən qaynaqlandığı aşkar ediləcək”, - deyə məlumatda bildirilir.

12:58

Buzovna çimərliyində iyrənc, eyni zamanda təhlükəli vəziyyət yaranıb. Belə ki, ləpədöyəndə uzun bir zolaq neft tullantıları ilə çirklənib.

Manset.az xəbər verir ki, məsələ ilə əlaqədar sakinlər tərəfindən Oxu.Az-a şikayət daxil olub.

Videodan da göründüyü kimi, Buzovna çimərliyinin “Buz Bar” adlandırılan ərazisindəki çirklilik nəzərəçarpacaq dərəcədədir. Bəzi sakinlər isə iyrənc mənzərəyə baxmayaraq, dənizə girməkdən çəkinmirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az