logo
logo logo
logo

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

11:48 - 06 Sentyabr 2022

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

“Bu gün Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur”. 

 

Bu barədə Manset.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, sabah, sentyabrın 7-də bəzi yerlərində yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimal olunur. Mülayim şimal-qərb küləyi arabir güclənəcək:

“Havanın maksimal temperaturu 21-24 dərəcə isti olacaq. Bölgələrdə də bu gün və sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq-dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Sentyabrın 8-i gündüz saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir”. 

Nazirlik rəsmisi əlavə edib ki, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna olunmur. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az