Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1664 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 539, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 780, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 123 nəfərdir.
