Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

16:42 - 21 Sentyabr 2022

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. 

 

Xidmət rəsmisi Fərid Piriyev Manset.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə "Kristal AA İnşaat" MTK tərəfindən qazıntı işlərinin aparıldığı və 2 ağacın zədələnərək quruduğu müəyyən edilib. 

“Faktla bağlı MTK barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə  toplanmış sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilib. 

Xidmət rəsmisinin sözlərinə görə, tikinti ətrafındakı ağacların qorunub mühafizə olunması və onlara aqrotexniki qulluq göstərilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az