Qaxda məktəblilərə “ağ ölüm”ün fəsadları barədə ətraflı məlumat verildi - FOTOLAR

17:49 - 21 Sentyabr 2022

Qaxda məktəblilərə “ağ ölüm”ün fəsadları barədə ətraflı məlumat verildi - FOTOLAR

Yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən qorumaq, narkotik vasitələrin cəmiyyətdə törətdiyi fəsadlarla bağlı onları məlumatlandırmaq məqsədilə polis əməkdaşları tərəfindən yeni dərs ilində də təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.

 
Manset.az xəbər verir ki, növbəti belə tədbir Qax şəhər 2 saylı tam orta məktəbdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilib. “Narkomaniyasız sağlam həyat” mövzusunda keçirilən görüşdə polis əməkdaşları və veteranlar, yuxarı sinif şagirdləri, eləcə də müəllimlər iştirak ediblər.

RPŞ-nin rəisi, polis polkovniki Vidadi Qurbanov çıxışında ölkəmizdə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söz açıb. Vurğulanıb ki, cəmiyyətin hər bir üzvü bu məsələdə öz məsuliyyətini dərk etməli və “ağ ölüm”ə qarşı fəal mövqe sərgiləməlidir. 

Sonra mövzu ətrafında çıxış edənlər  öldürücü bəlanın pəncəsindən yaxa qurtarmağın yolları barədə danışıblar.Diskussiya şəklində davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az