Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? – AÇIQLAMA

14:00 - 22 Sentyabr 2022

Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? – AÇIQLAMA

Bir müddətdir ki, bulvar ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion sökülüb.

 

Manset.az xəbər verir ki, bir neçə ay əvvəl Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva Trend-ə bildirmişdi ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün ərazidən götürülüb.

Amma hələ də köhnələrinin yerinə yeniləri gözə dəymir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən K.İmamverdiyeva bu dəfə bildirib ki, yeni atraksionların quraşdırılması üçün iş gedir:

“Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır və layihə üzərində işlər gedir”, - deyə K.İmamverdiyeva əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az