Yaşıllıqların mühafizəsi və götürülməsinə dair ictimai dinləmə keçirildi - FOTOLAR

16:20 - 23 Sentyabr 2022

Yaşıllıqların mühafizəsi və götürülməsinə dair ictimai dinləmə keçirildi - FOTOLAR

Dövlət Ekoloji Ekspertiza Agentliyi (DEEA) tərəfindən yaşıllıqların mühafizəsi və götürülməsi ilə əlaqədar bələdiyyələr və media təmsilçilərinin iştirakı ilə növbəti ictimai dinləmə keçirilib.

Manset.az xəbər verir ki, DEEA-nın inzibati binasında təşkil olunan tədbirin məqsədi yaşıllıqların götürülməsinə dair ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, bələdiyyə və icra hakimiyyəti orqanlarına yaşıllığın götürülməsi üçün verilən rəylərin icra vəziyyətinin müzakirəsi, həmçinin ictimaiyyət və jurnalistlər üçün maarifləndirmə xarakterli olub.

DEEA-nın İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, fəaliyyətləri çərçivəsində müraciətlərin operativ cavablandırılması, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Agentliyin əsas prinsiplərindən biridir. 

Bakı şəhəri Nəsimi, Nizami və Xətai rayon bələdiyyələrinin iştirakı ilə təşkil olunan görüşdə ətraf mühitin yaxşılaşdırılması, yaşıllıqların qorunması, müraciətlərə operativ cavab verilməsi, yaşıllığın mülkiyyətçilərinin ağac və kolların cari vəziyyəti ilə bağlı mütəmadi monitorinqlərin keçirilməsi, xüsusən təhlükə yaradan, xəstə, qurumuş ağacların vaxtlı-vaxtında aşkarlanaraq müvafiq addımların atılmasını ətrafında rəylər bildirilib.

Tədbirdə həmçinin səsləndirilən təkliflərə dair fikir mübadiləsi aparılıb və praktikada ortaya çıxan çətinliklərin həlli yolları axtarılıb.

İctimai dinləmə qarşılıqlı dialoq və sual-cavab şəraitində keçib. Sonda M. Qənbərov jurnalistləri maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, DEFA tərəfindən mütəmadi olaraq paytaxt Bakı şəhərində və regionlarda bu cür maarifləndirici ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az