Bakı aeroportunda faciəli şəkildə ölən vəzifəli şəxsin oğlu imiş

09:40 - 27 Sentyabr 2022

Bakı aeroportunda faciəli şəkildə ölən vəzifəli şəxsin oğlu imiş

Heydər Əliyev Beynəlxalq Hava Limanında faciəvi şəkildə ölən Prokofyev İqor Vladimiroviçin vəzifəli şəxsin oğlu olduğu məlum olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, o, Milli Aviasiya Akademiyasının mühasibat şöbəsinin rəisi - baş mühasib Svetlana Prokofyevanın oğludur.

Qeyd edək ki, sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb. Hadisə nəticəsində paytaxt sakini Prokofyev İqor Vladimiroviç ölüb. Nuriyev Zaur Tofiq oğlu isə xəsarət alıb, o, ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az