Cəlilabadda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu - FOTO

10:56 - 27 Sentyabr 2022

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu - FOTO

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

 

Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Anım Günündə Vətən müharibəsində şəhid olmuş dörd hərbi qulluqçunun - Fərid Hüseynov, Mirsəfa Mirəşrəfbəyli, Elnur Bağırov və Ayaz Abasovun ailələrini ziyarət edib, gətirilən ərzaq yardımını onlara təqdim ediblər.

Şəhid hərbi qulluqçuların valideynləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərərək ən uca zirvə olan şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər, göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, DİN-in Daxili Qoşunlarında xidmət etmiş şəhid hərbi qulluqçular Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb, ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlarında müxtəlif istiqamətlərdə igidlik göstərərək şəhidlik zirvəsinə yüksəliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az