Azərbaycanda məhkumlarla bağlı YENİLİK - Bunu edə biləcəklər

12:27 - 14 Oktyabr 2022

Azərbaycanda məhkumlarla bağlı YENİLİK - Bunu edə biləcəklər

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (ikinci oxunuş) əksini tapıb.

Layihə ilə bağlı deputat Nizami Səfərov arayış verərək bildirib ki, sənəd məhkumlara videogörüşlər keçirmək hüququnun verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur. Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az