Məşhur müğənni Sibel Canın özündən 11 yaş kiçik sevgilisi Emir Sarıgülü tez-tez hədiyyələrlə sevindirdiyi iddia edilir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün yaz aylarında böyük bir sürpriz edərək evlənə biləcəyi barədə şayiələr də gündəmə gəlib.
Uzun müddətdir birlikdə olan Sibel Can və Emir Sarıgül cütlüyü ilə bağlı evlilik iddiaları yenidən müzakirə edilməyə başlanıb.
Sibel Canın özündən 11 yaş kiçik iş adamı Emir Sarıgül ilə uzun müddətdir gözlərdən uzaq bir əlaqə yaşadığı bilinir. Magazin kulislerinde, Mustafa Sarıgülün bir dövr bu əlaqəyə qarşı olduğu danışılarkən son zamanlarda bu əlaqəyə dəstək verdiyi iddiaları da yayılıb.