Bir geyimin etiketi, əslində, düşündüyünüzdən daha çox şeyi izah edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikirlərinə görə, bəzi geyimlərin etiketlərinə diqqət etmədən aldığınız ucuz geyim sizə baha başa gələ bilər.
Bir geyimi almadan əvvəl etiket yoxlanılması lazım olan ən kritik göstərici təbii və sintetik liflərin nisbətidir.
Xüsusilə, bu qarışıma diqqət yetirmək vacibdir. Etiketdə 50% pambıq, 50% polyester yazılıbsa, bu geyimi almayın.
Bu cür məhsullar tərlədir, pis qoxu buraxır və uzun ömürlü olmur. 100% pambıq, yun, kətan kimi təbii tərkibli məhsullar, elastan (%2–5) qarışığı ilə olan parçalara və daha ucuz bir alternativ olaraq viskozə daha uyğun seçimlərdir. Qısacası, nə qədər təbii olsa, o qədər yaxşıdır.