Bakının Xətai rayonunda avtomobillə vurulan qadın ağır xəsarət alıb.
Manset.az “Report”a istinadən xəbər verir ki, rayon ərazisində avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Əsgərova Ülviyyə Qulu qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində qadının sağ ayağı və sol qolu sınıb.
Hadisənin təfərrüatı araşdırılır.