Füzulidə yaşayış binalarının tikintisinə başlanıldı

17:52 - 19 Oktyabr 2022

Füzulidə yaşayış binalarının tikintisinə başlanıldı

Füzuli şəhərində yaşayış binalarının tikinti işlərinə başlanılıb.

 

Manset.az “APA-Economics”ə istinadən xəbər verir ki, binaları tikəcək şirkətlərin 3-ü artıq müəyyənləşib və 3 binanın təməli qoyulub.

Bununla yanaşı, dördüncü binanın tikintisi ilə bağlı tender noyabr ayında keçiriləcək.

Ümumilikdə Füzuli şəhərində 813 mənzildən ibarət 38 bina tikiləcək. Binaların tikintisini isə yerli şirkətlər həyata keçirəcək. Həmin yaşayış binaları 4, 5, 6, 7 mərtəbəli olacaq.

Binaların tikintisinin 2-3 ilə başa çatacağı qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az