Bakı metrosu ilə bağlı YENİLİK: 7 vaqonluq qatarlar xəttə buraxılacaq

14:38 - 20 Oktyabr 2022

Bakı metrosu ilə bağlı YENİLİK: 7 vaqonluq qatarlar xəttə buraxılacaq

Bakı metropoliteni xəttə yeni yeddi vaqonluq qatarlar buraxacaq.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni 7 vaqonluq qatarlar metronun “bənövşəyi xətt”i üzrə hərəkət edəcəklər:

“Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə “bənövşəyi xətt” üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq”.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az