Yaşıllaşdırma Təsərrüfatı Birliyi şam ağaclarını kəsdiyinə görə cərimələndi

11:40 - 22 Oktyabr 2022

Yaşıllaşdırma Təsərrüfatı Birliyi şam ağaclarını kəsdiyinə görə cərimələndi

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi şam ağaclarını kəsdiyinə görə cərimələnib.

Manset.az xəbər verir ki, bu barədə  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 78 və 90-92 nömrəli yaşayış binasının arxa hissəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayətin araşdırıldığını bildirib: "Əraziyə keçirilən baxış zamanı ümumilikdə 13 şam ağacının kəsildiyi, kəsilmiş ağaclardan 9-nun bioloji inkişafda, 4-nün isə quru olduğu müəyyən olunub. Araşdırma zamanı ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az