Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğurla çıxış etdilər

20:41 - 22 Oktyabr 2022

Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğurla çıxış etdilər

Azərbaycan məktəbliləri ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak ediblər.

 

Manset.az xəbər verir ki, 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunan beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunub. 

Sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək, 1 gümüş və 1 bürünc medal qazanıblar. Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) gümüş medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə bürünc medal qazanıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az