Biləsuvarda güclü yağış bəzi əraziləri işıqsız qoyub.
Manset.az xəbər verir ki, ötən gündən başlayan aramsız leysan şəhərin elektrik təsərrüfatında fasilələrə səbəb olub.
Belə ki, şəhərin bir hissəsini enerji ilə təmin edən 4 saylı elektrik xəttində kəsilmələr qeydə alınıb.
Bu gün, həmçinin rayonun bəzi kəndlərində də elektrik enerjisi fasilələrlə verilib.