Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Manset.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Ramin Əhmədov olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.