Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 834 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata əsasən, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 390, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 114, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 275, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 55 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 907 933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 388 998, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 831, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 313, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 791 nəfər təşkil edir.