Koronavirusa yoluxanlarla bağlı SON STATISTIKA

18:33 - 27 Oktyabr 2022

Koronavirusa yoluxanlarla bağlı SON STATISTIKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

 

Manset.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, 9 942 nəfər vəfat edib, aktiv xəstə sayı 309 nəfərdir.

Ölkədə son sutka ərzində 2 112, hazırkı dövrədək isə 7 313 756 test aparılıb.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az