Son 3 gündə meşə fondu torpaqlarında 60 000-dən artıq ağac əkildi

18:07 - 02 Noyabr 2022

Son 3 gündə meşə fondu torpaqlarında 60 000-dən artıq ağac əkildi

Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştirakı ilə Ağcabədi və İmişli rayonlarında keçirilib, 5 hektar ərazidə 7000-dən artıq müxtəlif cinsli ağac əkilib, 105  kiloqram palıd toxumu səpilib.

 

Manset.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bu gün meşəbərpa tədbirləri payız əkin planına uyğun olaraq, eyni zamanda Şəki, Qəbələ, Şabran, Tovuz, Şəmkir, Göygöl, Sabirabad və Lənkəran rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. Son üç gün ərzində ölkə üzrə ümumilikdə 66 hektar meşə fondu ərazisində 60 000-dən artıq müxtəlif cinsli ağac əkilib, 3000 kiloqram toxum səpilib.            


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az