logo
logo logo
logo

Masazırda məktəbin həyəti sahibsiz itlərin məskəninə çevrildi - VİDEO

23:57 - 02 Noyabr 2022

Masazırda məktəbin həyəti sahibsiz itlərin məskəninə çevrildi - VİDEO

Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbinin həyəti sahibsiz itlərin məskəninə çevrilib.

 

Manset.az xəbər verir ki, Xezerxeber.az-ın sorğusuna əsasən, valideynlər deyirlər ki, övladları hər səhər təhlükə ilə üz-üzədirlər.

Hətta vəziyyət o yerə çatıb ki, uşaqlar məktəbə gələrkən özləri ilə ağac parçası da gətirmək məcburiyyətində qalırlar.

Məktəbin direktor müavini Cəlalə Rzayeva bildirib ki, mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyətiı qurumlara müraciət olunub.

Abşeron rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, məsələdən xəbərdardırlar.

'”Güzdək qəsəbəsi ərazisində sahibsiz küçə itlərinin saxlanılması və baxılması üçün yer ayrılıb. Hazırda həmin ərazidə işlər həyata keçirilir. İşlər bitdikdən sonra sakinlərin narazılığına səbəb olan problem aradan qalxacaq'’, - deyə məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az