Dünyanın bir sıra ölkələrində Azərbaycanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Xaricdəki səfirliklərimizə rəhbərlik edən diplomatlarımız içərisində ölkəmizdə yüksək vəzifələrdə çalışmış bir sıra simalarda var.
Onlarda bir qismi yüksək vəzifələrindən azad olunduqdan dərhal sonra səfir təyin olunaraq, diplomat təyinatı alıblar.
Manset.az xəbər verir ki, Bizim.Media yüksək vəzifələrini itirib səfir təyin olunan sabiq məmurları araşdırıb.
Tamerlan Qarayev
1992-1993-cü illərdə Azərbaycan Ali Soveti sədrinin I müavini olan Tamerlan Qarayev bu vəzifəsi ilə sağollaşdıqdan sonra, artıq 28 ildir ki səfir kimi çalışır. Bu illər ərzində o, Çin (1993-2001), Hindistan (2004-2011), İndoneziyadakı (2011-2018) diplomatik korpusumuza rəhbərlik edib. 2018-ci ilin dekabrından bəri isə Litvadakı səfirimiz kimi fəaliyyətini davam etdirir.
Vilayət Quliyev
Vilayət Quliyev 1999-2004-cü illərdə xarici işlər naziri vəzifəsində çalışıb. 2004-cü ilin aprelində nazir vəzifəsindən azad edilən V. Quliyev həmin ilin iyununda Polşadakı səfirimiz olub və 2010-cu ilə qədər bu ölkədəki diplomatik nümayəndəliyimizə rəhbərlik edib.
Onun səfir kimi növbəti iş yeri isə Macarıstan olub. 2021-ci ilin iyulunadək bu ölkədə çalışan sabiq nazir, bu ilin mayından etibarən Bosniya və Herzoqavinadakı fövqəladə və səlahiyyətli səfirimizdir.
Həsən Həsənov
Həsən Həsənov 1991-1992-ci illərdə Baş nazir, 1993-1998-ci illərdə isə xarici işlər naziri kimi çalışıb. O, 2004-cü il sentyabr ayının 1-də Azərbaycanın Macarıstandakı, 2010-cu il mart ayının 30-da isə Azərbaycan Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib. Həsən Həsənov 2021-ci ilin yanvarındək səfirlik fəaliyyətini davam etdirib.
Polad Bülbüloğlu
Xalq artisti Polad Bülbüloğlu 1991-2006-cı illərdə mədəniyyət naziri vəzifəsini icra edib. Həmin il yanvarın 30-da nazir vəzifəsindən azad olunan Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri təyin edilib. O, artıq 16 ildən çoxdur ki səfir kimi fəaliyyətini davam etdirir.
Ramiz Həsənov
14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunub. 2008-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub.
Ramiz Həsənov 15 may 2018-ci ildə Xarici İşlər nazirinin müavini təyin olunub və 2021-ci ilin aprelinədək bu vəzifəni icra edir. Vəzifəsindən azad olunduqdan sonra isə Azərbaycanın İspaniyadakı səfiri təyin edilib.
Namiq Abbasov
Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri Namiq Abbasov hu vəzifəni 1994-2005-ci illərdə icra edib. 2004-cü ildə isə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, 2012-ci ilədək bu ölkədə səfir kimi fəaliyyət göstərib.
Məhərrəm Əliyev
1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis idarəsinin rəisi olub. 2007-ci ilin iyununda vəzifədən azad edildikdən 2 ay sonra Azərbaycanın Tacikistandakı səfiri təyin olunub.
2011-ci ilədək səfir fəaliyyətini davam etdirən M. Əliyev, 2012-2017-ci illərdə Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, 2017-2019-cu illərdə ədliyyə nazirinin müavini vəzifələrini icra edib. 2019-cu ilin noyabrından etibarən isə, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiridir.
Kreslosunu itirib səfir təyin olunan SABİQ MƏMURLAR – ARAŞDIRMA
10:37 - 23 Dekabr 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
Arzumla bağlı daha bir üzücü xəbər
04 İyul 2026 - 23:46
İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
04 İyul 2026 - 21:54
Zəngilanda bir nəfər çayda boğuldu
04 İyul 2026 - 23:16
Mərakeş 1/4 finala çıxdı
05 İyul 2026 - 00:30
Sağlam qaraciyər üçün qəhvə için
04 İyul 2026 - 22:18
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
04 İyul 2026 - 22:36
“Turan Tovuz” yeni qapıçı transfer etdi
04 İyul 2026 - 23:56
Qubada avtomobil yük maşınına çırpıldı - Yaralıların vəziyyəti ağırdır
05 İyul 2026 - 01:30
Yay istisində rahat yatmağın yolları
04 İyul 2026 - 22:54
İsrailin hücumlarında Livanda ölənlərin sayı ARTDI
04 İyul 2026 - 23:35
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşdı
05 İyul 2026 - 11:24
Azərbaycanda hərbi qulluqçu vəfat etdi - FOTO
Xəbər xətti
- 05 İyul 2026
- 21:29 "NATO-nun əbədi mövcud olacağına zəmanət yoxdur" - Stoltenberq
- 21:04 Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın - VİDEO
- 20:59 Formula 1 qalibi müəyyənləşdi
- 20:53 Netanyahudan açıqlama
- 20:45 Amerikanın ən varlı sülalələrinə yeniləri əlavə olundu
- 20:36 Məxfi sənədlər zibil qutusundan tapıldı - FOTOLAR
- 20:15 Azərbaycanlı gənc Polşada faciəli şəkildə ÖLDÜ
- 20:03 “ABŞ ilə sülh yoxdur, İsraili tanımayacağıq”
- 19:36 Şəmkirdə qəza - Ölən və xəsarət alan var
- 19:31 Dəmiryol Muzeyində "Açıq qapı" günü keçirildi - FOTOLAR
- 19:19 Arzumla bağlı daha bir üzücü xəbər
- 19:14 ABŞ-də bayram şənliyində qan töküldü - Yaralılar var
- 19:03 Fransada meşə yanğını
- 18:46 Messi “Qızıl top”a namizəd ola bilər
- 18:31 Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana gəldi
- 18:24 Sabah çimərliklərdə gözlənilən HAVA
- 18:05 Siciliyada hava əlaqəsi məhdudlaşdırıldı
- 17:54 Razılıq əldə edildi - Neft hasilatını artıracaqlar
- 17:40 Paşinyan Rusiyanın Baş naziri ilə görüşəcək
- 17:28 “Super Yer” kəşf edildi
- 17:08 Avtomobilin vurduğu piyada ÖLDÜ
- 16:46 Makron Suriyaya səfər edəcək
- 16:40 Məşhur şairi gürzə SANCDI
- 16:36 Növbəti danışıqlar bu ölkələrdə baş tuta bilər
- 16:27 "Zirə" onu heyyətinə qatdı
- 16:19 Türkiyədə meşə yanğını başladı
- 16:14 Müdafiə Nazirliyi həftəlik icmalı yayımladı
- 16:01 Almaniyadan Ukraynaya böyük həcmli hərbi yardım
- 15:51 Yəmən sularında gəmiyə HÜCUM
- 15:31 90 dəqiqə nə danışıblar?
- 15:20 Çində insan beynini təqlid edən yeni çip
- 15:05 İsmayıllıdakı qəzanın baş vermə səbəbi açıqlandı
- 15:00 Maykl Ceksonun ölümü ilə bağlı yeni iddia
- 14:46 “Netanyahu rəhbərin kim olduğunu yaxşı bilir”
- 14:30 16 uşağın kabusu olan ev - Dünya bundan danışır / VİDEO
- 14:22 “Seltik” “Qarabağ”la yeni danışıqlara başladı
- 14:05 Qayıq aşdı - 6 balıqçı itkin düşdü
- 13:50 Paşinyandan yeni konstitusiya ilə bağlı AÇIQLAMA
- 13:30 Qəbul imtahanında 11 nəfərdə telefon aşkarlandı
- 13:12 Tünzalə Əliyevanın qardaşı vəfat etdi - FOTO
- 13:05 XV İpək Yolu Musiqi Festivalı başa çatdı - FOTOLAR
- 12:44 Həftənin ilk günü hava necə olacaq?
- 12:28 Mbappe yeni rekorda imza atdı
- 12:10 Azyaşlının dama çıxaraq etdiyi hərəkət gündəm oldu - VİDEO
- 11:56 Avtomobil yanıb külə döndü - FOTO
- 11:49 ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb oldu
- 11:36 “AzerGold” QSC-nin 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olundu - FOTOLAR
- 11:24 Azərbaycanda hərbi qulluqçu vəfat etdi - FOTO
- 11:17 Bəzi ərazilərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
- 11:00 Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik etdi
- 10:35 Meyiti yaşadığı evin həyətindən tapıldı