Azərbaycanda medianın əsas problemlərindən biri dövlət qurumlarının mətbuat katibləri ilə əməkdaşlıqdır. Jurnalistə ən əlçatan işçi mətbuat katibi olmalıdır. Onların mətbuatla əməkdaşlıq bacarığı isə hər kəsdə eyni olmur.
Bu il bəzi mətbuat katiblərinin fəaliyyətində irəliləyiş hiss olundu. Mətbuat katibləri arasında yüksək vəzifələrə təyinat alanlar, başqa quruma transfer olunanlar, hətta işinə son verilənlər də oldu.
Manset.az Bizim.Media-ya istinadən bu il işdən çıxan mətbuat katibləri və ya mətbuat katiblərini yeniləyən qurumlarla bağlı məlumatı təqdim edir:
TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mətbuat katibi Günay Quluzadə öz istəyi ilə vəzifəsindən ayrılıb. O bildirib ki, vidaları sevməsə də, bəzən daha yaxşı xidmət üçün yerdəyişmə lazımdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi vəzifəsinə isə yeni təyinat olub. Həmin vəzifə Səidə Əhmədovaya həvalə edilib. O, bundan əvvəl nazirliklərdən birində işləyib
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə də tutduğu vəzifədən azad olunub. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təyinat alıb.
Mətbuat katibi, eyni zamanda, aparıcılıq edən Xanım Yadigarlı yeni vəzifəyə təyin olunub. O, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə şöbə müdiri təyin edilib. Xatırladaq ki, o, buna qədər həmin Mərkəzin mətbuat katibi olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib. Azadə Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək. O, AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva isə işindən öz xahişi ilə ayrılıb. O, bundan sonra da media sahəsində fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
Digər işdən öz istəyi ilə ayrılan mətbuat katibi isə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərovdur. O, fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə isə müvəqqəti təyinat olub. Bu vəzifə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya həvalə edilib. Bu təyinat nazirliyin şöbə müdiri Məryəm Qafarzadənin sosial məzuniyyətə çıxması ilə bağlıdır.
Başqa bir təyinat Xarici İşlər Nazirliyində olub. Ayxan Elxan oğlu Hacızadə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla isə mətbuat katibi vəzifəsini icra edən Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu il həm də “Azərbaycan Dəmir Yolları” QSC-yə yeni mətbuat katibi təyin olundu. QSC-nin yeni sədri Rövşən Rüstəmovun əmri ilə Sənubər Nəzərova qurumun mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova isə işdən çıxarılıb.
Başqa bir təyinat isə Hesablama Palatasında olub. Quruma yeni mətbuat katibi təyin olunan Zeynəb Kazımovadır iki həftə sonra həmin vəzifədən gedib.
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev də vəzifəsindən ayrılıb. O, vəzifəsindən ayrılmasını səhhətində yaranan müvəqqəti narahatlıqlarla əlaqələndirib.
"Azəristiliktəchizat" ASC-də yeni mətbuat katibi vəzifəsi açılıb və bu yer Elvin Basqallıya həvalə edilib. O, bundan əvvəl XƏZƏR və SPACE televiziya kanallarında çalışıb.
Azərbaycan Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) növbəti kadr dəyişikliyi baş verib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Günel Əhmədova vəzifəsindən ayrılıb. Həmçinin qurumda aparılan struktur islahatları nəticəsində həmin vəzifə ləğv edilib.
Müdafiə sənayesi naziri Mədət Quliyev özünə yeni müşavir təyin edib. Nazirin əmri ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin sabiq rəisi Arif Babayev bu vəzifəyə gətirilib.
Bakı Dövlət Universtetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər də (Orucəliyeva) bu il vəzifəsindən ayrılan mətbuat katiblərindəndir. O, bundan sonra karyerasına BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam edəcək.
2022-ci ildə işdən çıxarılan və təyin olunan mətbuat katibləri
12:24 - 06 Yanvar 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
06 İyul 2026 - 15:26
Azərbaycanda sabiq vəzifəli şəxs məhkəmə zalında həbs olundu
06 İyul 2026 - 18:03
Azərbaycanda yüksək vəzifəli şəxs bıçaqlandı - FOTO
06 İyul 2026 - 15:51
Çimərliklərdə görünməyən təhlükə - Bu xəstəliklərə yoluxa bilərsiniz!
05 İyul 2026 - 23:58
Cəlilabadda sensasiyalı tapıntı
05 İyul 2026 - 22:51
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
05 İyul 2026 - 22:25
Azərbaycanda dəhşətli istilər gözlənilir?
06 İyul 2026 - 02:00
Braziliya DÇ-2026 ilə vidalaşdı
05 İyul 2026 - 23:15
Ronaldodan tənqidçilərinə - Sərt mesaj
05 İyul 2026 - 23:41
Tramp Türkiyədə Zelenski ilə görüşəcək
05 İyul 2026 - 22:57
“İqtisadi təhlükəsizlik, texnologiya və iqlim artıq bir-birindən ayrılmaz anlayışlardır” - Azay Quliyev
05 İyul 2026 - 23:08
Muzeydən 4 milyon avroluq oğurluq
05 İyul 2026 - 23:32
Braziliya Norveçə qarşı
Xəbər xətti
- 06 İyul 2026
- 19:52 YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişdi
- 19:30 100 illik bənzərsiz tarixin səhifələri - VİDEO
- 19:14 Leyla Əliyeva uşaqlarla ağac əkdi - FOTOLAR
- 18:51 Hava ilə bağlı əhaliyə MÜRACİƏT
- 18:39 Hazırda 14 yolda tıxac var - SİYAHI
- 18:21 İlham Əliyev SƏRƏNCAM imzaladı
- 18:03 Azərbaycanda yüksək vəzifəli şəxs bıçaqlandı - FOTO
- 17:59 Sabah bağçalara elektron qəbul başlayacaq
- 17:52 NATO-nun Baş katibi Ankaraya çatdı
- 17:47 Magistr olmaq istəyən jurnalistlərin nəzərinə!
- 17:47 Ebola virusu sürətlə yayılır - Ölənlərin sayı 506-ya çatdı
- 17:37 Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- 17:28 Araz Əhmədov yeni asfalt yolu nəzərdən keçirib - FOTOLAR
- 17:24 Bakı-Naxçıvan reysləri təxirə salındı
- 17:21 Azay Quliyev ATƏT PA-da uşaqların rəqəmsal təhlükəsizliyinə çağırış etdi
- 17:21 Dünya Çempionatı 2026-nın qalibi hansı ölkə olacaq? - PROQNOZ
- 17:10 Tramp Türkiyəyə yola düşür - Bu mövzular müzakirə olunacaq
- 16:55 "Apple ID" və "Google ID"yə görə cərimə - Rusiyadan yeni qanun
- 16:36 Fransada fövqəladə vəziyyət elan olundu
- 16:30 Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- 16:21 "AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
- 15:55 Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
- 15:51 Çimərliklərdə görünməyən təhlükə - Bu xəstəliklərə yoluxa bilərsiniz!
- 15:45 UEFA-dan FİFA-ya sərt etiraz
- 15:26 Azərbaycanda sabiq vəzifəli şəxs məhkəmə zalında həbs olundu
- 15:09 Bəzi rayonlara intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
- 14:42 Avropada istilərə görə ölənlərin sayı artdı
- 14:25 Dünyaca məşhur sənət əsəri oğurlandı
- 14:22 Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
- 14:12 Həbsxanada qiyam baş verdi - 7 nəfər öldü
- 14:04 “Qarabağ” onu 3,5 milyon avroya satır
- 13:55 Rusiya Ukraynanın mərkəzini vurdu - Çox sayda ölən və yaralananlar var
- 13:45 Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun istifadəyə verilməsindən 100 il ötür – VİDEO
- 13:36 Türkiyədə zəlzələ baş verdi
- 13:25 “Bu, AZAL-ın əsas prioritetlərindəndir”
- 13:20 Bakı–Quba yolunda QƏZA - Ölən var
- 13:04 Bakıda avtobus yanır - ANBAAN VİDEO
- 12:44 Prezident onu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
- 12:41 Sabah hava necə olacaq? - PROQNOZ
- 12:25 Paytaxtda ödənişsiz avtobuslar fəaliyyətə başladı
- 12:09 Rusiyada dron təhlükəsi elan edildi - Vəziyyət gərgindir
- 12:01 Hikmət Hacıyevdən Qəbələnin kulinariya irsi ilə bağlı PAYLAŞIM
- 11:52 "Arzum" yenidən hakim qarşısına çıxarılacaq
- 11:41 Bu qruplar üzrə düzgün cavablar AÇIQLANDI
- 11:29 Baş Prokurorluqdan Fatimənin qətli ilə bağlı AÇIQLAMA
- 11:22 Sərnişin təyyarəsinə fişəng dəydi - Qəribə hadisə
- 11:11 Tehran küçələrində Xamenei ilə vida mərasimi keçirilir
- 11:08 İlham Əliyev həmkarını təbrik etdi
- 11:04 Çində güclü yağış selə döndü - 5 nəfərin canını aldı
- 10:59 İlk dəfə kamança üzrə milli standartlar təsdiqləndi - FOTOLAR
- 10:49 “AzerGold”un 25-ci sikkə kolleksiyası şirkətin 10 illik fəaliyyətinə həsr edilib