Mingəçevir və Lənkəran gənclər paytaxtı seçildi

20:04 - 19 Yanvar 2023

Mingəçevir və Lənkəran gənclər paytaxtı seçildi

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

 

Nazirlikdən Manset.az-a verilən məlumata görə, iclasın gündəliyinə əsasən, nazirliyin 2023-cü il üçün perspektiv iş planı təsdiqlənib. "Sabahın alimləri" müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələsi, həmçinin Azərbaycan Respublikasının vahid idman təsnifatı müzakirə edilərək səsvermə ilə qəbul edilib.

İclasda "gənclər paytaxtı"nın seçilməsi məsələsinə də baxılıb. Namizəd şəhərlərin təqdimatından sonra elektron səsvermə nəticəsində Mingəçevir şəhəri 2023-cü il, Lənkəran şəhəri isə 2024-cü il üçün "gənclər paytaxtı" seçiliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az