Ordumuzun özünü güllələyən əsgəri dəfn edildi - FOTO

17:58 - 25 Yanvar 2023

Ordumuzun özünü güllələyən əsgəri dəfn edildi - FOTO

Bu gün Azərbaycan Ordusunun əsgərinin özünü güllələməsi barədə xəbər vermişdik.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən əsgər Əkram Salahov bu gün Ağstafa rayonunun Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az