Hazırda Azərbaycanda təhsil sektorunda əsas icra hakimiyyəti orqanı Elm və Təhsil Nazirliyidir. Müstəqilliyimizin bərpasından bəri fərqli adlarla fəaliyyət göstərən nazirliyə bu günə qədər 7 fərqli məmur rəhbərlik edib.
2022-ci il iyulun 28-dən bəri nazirliyə Emin Əmrullayev rəhbərlik edir. O, daha əvvəl 2020-ci ilin iyulundan, 2022-ci ilin iyuluna qədər təhsil naziri vəzifəsini icra edib.
Emin Əmrullayevdən öncə isə 6 fərqli təhsil nazirimiz olub.
Manset.az xəbər verir ki, Bizim.Media sabiq təhsil nazirlərinin indi harada olduqlarını araşdırıb.
1. Rafiq Feyzullayev
Müstəqillik dönəminin ilk təhsil naziri Rafiq Babaş oğlu Feyzullayev olub. Həmin dövrdə qurumun adı Xalq Təhsili Nazirliyi idi. R. Feyzullayev 5 fevral 1991 — 11 avqust 1992-ci illər aralığında nazir vəzifəsini icra edib. İxtisasca riyaziyyatçı olan ilk təhsil nazirimiz 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Təhsil naziri vəzifəsindən azad edildikdən sonra o, müdafiə nazirinin müavini təyin olunub. 1993-2001-ci illərdə isə AMEA prezidentinin müavini vəzifəsini icra edib.
Sabiq nazir dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilib. 2001-ci il iyunun 17-də Şüvəlan qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib.
2. Firudin Cəlilov
Filologiya elmləri doktoru, türkoloq Firudin Cəlilov 1992-ci ilin fevral ayında Təhsi nazirinin müavini təyin olunub, 11 avqust 1992 — 18 may 1993-cü illərdə xalq təhsili naziri olub. O, 12 may 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin edilib və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilib. Nazir olduğu dönəmdə test üsulunun tətbiq edilməsi ilə birlikdə Azərbaycan təhsilində inqilabi dəyişikliyə imza atıb.
Təhsil naziri vəzifəsindən azad edildikdən sonra Azərbaycan Milli İstiqlal Partiyası ilə əməkdaşlığa başlamış və daha sonralar partiyanın üzvü olmuş və 1997-ci ildə partiyanın ikinci postu sayılan Mərkəzi Şuranın sədri və Siyasi şuranın sədri seçilib. 1998-ci ildə partiyadan ayrılıb. Həmin dönəmdən etibarən elmi fəaliyyətlə məşğuldur.
3. Lidiya Rəsulova
Firudin Cəlilovun vəzifəsindən azad edilməsindən sonra Xalq Təhsili Nazirliyi ləğv olundu və yerinə Təhsil Nazirliyi yaradıldı. Yeni nazirliyə isə ilk olaraq, Lidiya Rəsulova rəhbərlik edib. 1993-ci ilin 2 sentyabrında bu vəzifəyə təyin edilən L.Rəsulova 1997-ci ilin 13 sentyabrınadək nazir kreslosunda əyləşib.
2005-ci ildə Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100 illik yubileyi keçirilərkən Lidiya Rəsulova bu məqsədlə təsis olunmuş “Azərbaycan həmkarlar ittifaqlarının 100 illik yubiley” medalı ilə təltif edilib. 2012-ci il fevralın 5-də dünyasını dəyişib.
4. Misir Mərdanov
Təhsil naziri postunda ən uzun müddət qalmış məmur olan Misir Mərdanov 1997-ci ildən 2013-cü ilədək nazir kreslosunda əyləşib. İxtisasca riyaziyyatçı olan Mərdanov təhsil naziri təyin edilməmişdən əvvəl Bakı Dövlət Universitetinin rektoru olub. Nazir vəzifəsindən azad edildikdən sonra isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub. Hal-hazırda da bu vəzifəni icra edir.
5. Mikayıl Cabbarov
Misir Mərdanovdan sonra təhsil naziri təyin olunan Mikayıl Cabbarov 2017-ci ilin dekabrındək bu vəzifəni icra edib. Bu vəzifədən azad edildikdən sonra o, vergilər naziri təyin olunub. 2019-cu ilin oktyabrında isə İqtisadiyyat naziri təyin edilən M.Cabbarov indi də bu vəzifəni icra edir. Təhsil naziri olduğu dövrdə, universitetlərdə SABAH qruplarının, eləcə də Tələbə Kredit Fondunun yaradılması kimi mütərəqqi addımlarla yadda qalıb.
6. Ceyhun Bayramov
Ceyhun Bayramov 23 aprel 2018 — 16 iyul 2020-ci illərdə təhsil naziri olub. Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsindən azad edilməsindən sonra, həmin vəzifəyə C.Bayramov təyinat alıb. C.Bayramov hazırda Azərbaycan Respublikasının xarici işlər naziridir.
Sabiq təhsil nazirlərimiz indi haradadır? – ARAŞDIRMA
09:24 - 21 Fevral 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
17 Noyabr 2026 - 00:16
Azərbaycanda Milli Dirçəliş Günüdür
16 Noyabr 2026 - 17:55
"Büdcənin əsas yükünü qeyri-neft sektoru daşıyacaq" - Deputat
16 Noyabr 2026 - 14:33
Azərbaycanın sağ olan Milli Qəhrəmanları – ADLAR
16 Noyabr 2026 - 16:35
"Boranı" restoranından müştəriyə qəribə QADAĞA - Qanunvericilik nə deyir?
17 Noyabr 2026 - 11:30
Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik?
16 Noyabr 2026 - 23:52
Millimiz ili qələbə ilə yekunlaşdırdı - YENİLƏNİB
16 Noyabr 2026 - 16:10
Bakıda restoranda yanğın söndürüldü - YENİLƏNDİ (VİDEO)
16 Noyabr 2026 - 16:06
Prezidentdən Xəzər dənizi ilə bağlı FƏRMAN
16 Noyabr 2026 - 17:56
Əməliyyatdan sonra insanları pişik kimi görməyə başladı - Qəribə hadisə
16 Noyabr 2026 - 22:16
Könül Həmzəyeva ilə bağlı məhkəmədən QƏRAR
16 Noyabr 2026 - 14:36
Silahlı hücum baş verdi - 17 nəfər həlak oldu
16 Noyabr 2026 - 17:25
Ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR
Xəbər xətti
- 17 Noyabr 2026
- 14:26 Sükan arxasında meyiti tapıldı
- 14:21 "Bir həkimin maaşı ilə bütöv redaksiya necə dolansın?" - Akif Aşırlı
- 14:00 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA
- 13:52 Din xadimləri ilə bağlı iddiaya RƏSMİ REAKSİYA
- 13:46 Yevlaxda ağır qəzada 2 nəfər öldü - FOTO
- 13:40 “Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
- 13:34 Evə buraxılan qadın xəstəxana həyətində öldü
- 13:30 Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
- 13:26 “Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
- 13:20 "Sizi Cənub qütbünə qədər sürgün edəcəyik" - İrandan ABŞ-yə iddialı CAVAB
- 13:14 Gələn ilin büdcəsi birinci oxunuşda qəbul edildi
- 13:05 Nəsimi Musayevlə ilə bağlı ittiham aktının detalları açıqlandı
- 12:51 Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir - ÜNVANLAR
- 12:40 Bakıda daha bir marşrut avtobusu piyadanı vurub öldürdü
- 12:33 Keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istəyən şəxs saxlanıldı
- 12:22 Türkiyənin məşhur media qurumunda ƏMƏLİYYAT - 4 nəfər saxlanıldı
- 12:17 Sabah hava necə olacaq?
- 12:08 ABŞ-də bir sıra bankalarda ciddi problemlər - Milyonlarla dollar itdi
- 12:07 Deputatın xəsarət aldığı qəza ilə bağlı cinayət işi açıldı
- 12:00 Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTO
- 11:54 Dərsliklərin ictimai müzakirəsi ilə bağlı AÇIQLAMA
- 11:49 Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - FOTOLAR
- 11:44 Azərbaycanda bu şəxslərə 1 000 manatadək kompensasiya veriləcək
- 11:38 Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
- 11:30 Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik?
- 11:21 Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
- 11:08 2027-ci il “Qremmi” mükafatlarının namizədləri açıqlandı - Qadınlar öndə...
- 11:06 8 aylıq hamilə qadın öldü
- 11:00 Aldığı telefonun kreditini ödəyə bilmədi - Arvadını döydü
- 10:55 Azərbaycanın bu təşəbbüsü COP31-də yüksək qiymətləndirildi - FOTOLAR
- 10:45 Sərxoş sürücü Bakıda maşınla mağazaya çırpıldı, qadını yumruqladı - VİDEO
- 10:43 Türkiyəli məşhur aktyor xəstəxanaya yerləşdirildi - SƏBƏB
- 10:38 Bakıda maşın motosikletçini vuraraq öldürdü
- 10:30 Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanıldı
- 10:25 Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
- 10:10 Generallara ali hərbi rütbələr təqdim edildi - FOTOLAR
- 10:02 Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşdü
- 09:49 Akademik Əhliman Əmiraslanovun doğum günüdür
- 09:40 Siyəzəndə yol qəzası - Ölən var
- 09:32 Azərbaycanda siqaret bahalaşacaq
- 09:26 Astarada maşın piyadanı vurub öldürdü
- 09:20 Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - DETALLAR
- 09:14 Hikmət Hacıyev Olaf Skuqla görüşdü
- 09:07 Bakının bir sıra yollarında tıxac var - SİYAHI
- 08:56 Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - FOTO
- 08:30 Eyni saatda yatmaq və yemək ağrıları azalda bilər - Araşdırma
- 08:00 Ofisdə yorğunluğa qalib gəlməyin 8 yolu
- 01:30 “Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
- 00:30 Rahat yuxu üçün axşam nə yemək lazımdır?
- 00:16 Azərbaycanda Milli Dirçəliş Günüdür
- 00:08 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı PAYLAŞIM