Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin numayəndələri tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt sökülüb.