Daha 2 nəfər koronavirusa yoluxdu - Ölən yoxdur

17:50 - 10 İyun 2023

Daha 2 nəfər koronavirusa yoluxdu - Ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 579 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 19 nəfərdir.

Son sutka ərzində 857, hazırkı dövrədək isə 7 630 905 test aparılıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az