Bıçaqlayıb qaçmaq istədilər, qəzaya uğradılar - Tovuzda kütləvi dava

16:04 - 11 İyun 2023

Bıçaqlayıb qaçmaq istədilər, qəzaya uğradılar - Tovuzda kütləvi dava

Tovuz rayonunda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb, bir neçə nəfər isə müxtəlif xəsarətlər alıb.

 

Manset.az "Report”a istinadən xəbər verir ki, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.

Çay evlərinin birinin qarşısında mübahisə edən tərəflərdən biri bıçaqlanıb. Daha sonra mübahisə edənlərdən bəziləri "KİA” markalı avtomobillə hadisə yerindən uzaqlaşan zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı traktora çırpılıb.

Avtomobil qəzası zamanı Əliyev Hüseyn, Tural Tağıyev, Sənan Məmmədov və Günay Babayeva müxtəlif bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.

Bıçaq xəsarəti alan şəxsin vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az