"Laçın" sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər - VİDEO

16:21 - 11 İyun 2023

\"Laçın\" sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər - VİDEO

"Laçın" sərhəd-buraxılış məntəqəsi bazar günü də sabit iş rejimində fəaliyyətini davam etdirir.

 

Manset.az xəbər verir ki, bunu Caliber.Az-ın yaydığı yeni videokadrlar sübut edir.

Bildirilir ki, 2023-cü il aprelin 23-də yaradılmış "Laçın" sərhəd-keçid məntəqəsi sutkada 24 saat, həftədə 7 gün fasiləsiz fəaliyyət göstərir ki, bu da buraxılış məntəqəsinin rejimini xeyli sadələşdirir.

Göründüyü kimi, sərhədi keçən Qarabağ bölgəsinin etnik ermənilərindən olan qadınlar, uşaqlar, kişilər qeydiyyat pəncərəsi qarşısında növbəyə düzülüblər.

Yoxlama proseduru qarşılıqlı nəzakət mühitində keçir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az