"İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yol hərəkəti ilə bağlı cərimələrin bu qədər artırılması doğru deyil".
Manset.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
Millət vəkili hesab edir ki, cərimələr bu səviyyədə artırıla bilməz:
"Çünki bu, doğru yanaşma deyil. Cəriməni həddən artıq sərtləşdirəndə bu pul vətəndaşın cibindən çıxır. Vətəndaşın yükünü artırmaq deyil, əksinə, bacardıqca, azaltmaq lazımdır. Yoxsa ki, hər şeyə rüsum, hər şeyə cərimə, ödəniş - bu, artıq normal yaşam imkanlarından kənara çıxır. İnsanların sosial vəziyyəti daha da ağırlaşır. Bu kimi cərimələr vətəndaşlara çox böyük ziyan vurur”.