16 yaşlı Turanı qətlə yetirən idmançıya bu cəza verildi

11:13 - 13 İyun 2023

16 yaşlı Turanı qətlə yetirən idmançıya bu cəza verildi

Şağan Olimpiya İdman Kompleksində 16 yaşlı cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun məhkəməsi yekunlaşıb.

 

Manset.az reporta-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Ruslan Səfixanov 19 il  azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında cüdo turnirində baş verib. Tərəflərin mübahisəsinə Turan Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan bunu Turala irad tutub və tərəflər mübahisə ediblər. Mübahisə zamanı Sumqayıt şəhər sakini Ruslan Səfixanov Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Hər iki şəxs idmançı olub.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az