logo
logo logo
logo

144 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi - FOTOLAR

12:42 - 14 İyun 2023

144 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi - FOTOLAR

Bakı şəhəri 144 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Manset.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru İlahə Həmidova məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və “Son zəng” münasibətilə təbrik edib:

“Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı nəticəsində ölkədə yüzlərlə orta məktəb tikilib, mövcud binalar əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb”.

Çıxışlarında Binəqədi rayon icra hakimiyyətinin nümayəndəsi Dilbər Səmədova, məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Mirvari Fərəcova və Məktəbdənkənar və sinifdən xaric işlər üzrə təşkilatçı Kəmalə Mirzəliyeva çıxışlarında məzunlara uğurlar diləyib, onlara tələbə adını qazanmağı arzulayıblar.

Mərasimdə məzunların və məktəblilərin valideynləri çıxış ediblər, sonra isə  bədii kompozisiyalar təqdim edilib.

Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri on bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az